"Maşın"ı Talıb Tale apardı

Əməkdar artist Murad Dadaşovun aparıcısı olduğu “Maşın Şou”nun 15-ci, “Xanımlar və cənablar” adlı yubiley buraxılışı nəhayət ki, bitdi.

 

APA TV-nin məlumatına görə, 18 iştirakçının günlərdir davam edən mübarizəsində finala üç nəfər qaldı.

 

İlk maşından əlini çəkən aparıcı Vüsalə Əlizadə oldu. Müğənnilər Xatun Əliyeva və Talıb Tale isə mübarizəni davam etdirdi. Bəs qalib kim oldu? Bu sualın cavabı ötən axşam bəlli oldu.

 

Beləliklə, maşının 15-ci sürətinin qalibi Talıb Tale oldu.

 

 

 

 

Müəllif | Apa.Tv
Nigar Həsənli