Kiyevdə terror: deputatın cangüdəni öldü, özü yaralandı

Kiyevdə "Ekspresso" telekanalının həyətində partlayış baş verib. APA TV-nin məlumatına görə, nəticədə bir nəfər ölüb.

 

Ölən şəxs Ukrayna Ali Radasının deputatı İqor Mosiyçukun şəxsi cangüdənidir. Mosiyçuk özü isə xəsarət alıb. Ətrafda olan daha iki nəfərin də xəsarət aldığı bildirilir. Yaralılar dərhal xəstəxanaya yerləşdiriliblər.

 

İlkin versiyaya görə, telekanal qarşısında park edilən motosikletdə 1 kq yaxın trotil quraşdırılıb. Hüquq-mühafizə orqanları hadisəni terror aktı kimi qiymətləndirib.

 

Müəllif | Apa.Tv