Şimşək çaxacaq, yağış yağacaq, duman olacaq
Oktyabrın 27-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.
ETSN-dən APA TV-yə verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq.
Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 11-14, gündüz 16-19 dərəcə isti, Bakıda gecə 12-14, gündüz 17-19 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında əsasən səhər və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, duman olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 7-12, gündüz 18-23 dərəcə isti, dağlarda gecə 4-9, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.