Hakerlər 2 mln. "Facebook" istifadəçinin ŞİFRƏLƏRİNİ ƏLƏ KEÇİRDİ

2 milyon sosial şəbəkə istifadəçisinin şifrələri hakerlər tərəfindən oğurlanıb. ABŞ-ın “Trustwave” şirkətinin əməkdaşları sosial şəbəkə istifadəçilərinə aid məlumatların və 2 milyonadək şifrənin yerləşdiyi haker serverini aşkarlayıb. Bu barədə CNNMoney telekanalı xəbər yayıb.

 

Kibertəhlükəsizlik sahəsində ixtisaslaşan “Trustwave” mütəxəssisləri sözügedən serveri noyabrın 24-də aşkar ediblər. Akkauntların məlumatları sosial şəbəkə istifadəçilərinin kompüterlərinə göndərilən xüsusi proqram vasitəsi ilə əldə olunurmuş. Nəticədə hakerlər 318 min “Facebook”, 70 min Gmail və YouTube,  22 min “Twitter”, habelə “Odnoklassniki” sosial şəbəkəsinin 9 min nəfər istifadəçisinin şəxsi məlumatlarını əldə edib.

Müəllif | Apa.Tv
Apa.tv