Jirinovski efirdə Zatulinlə dalaşdı
Rusiya liberal demokrtatlarının lideri Vladimir Jirinovski "Rossiya" telekanalının efirində yayımlanan "Vladimir Solovyovla axşam" verilişində opponentini təhqir edib.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, "Yedinaya Rossiya" partiyasından olan deputat Konstantin Zatulin ilə debata çıxan V.Jirinovski opponentinin ünvanına təhqiramiz ifadələr işlədib. Buna səbəb isə K.Zatulinin onu seçkiöncəsi vədlərin yerinə yetirməməkdə ittiham etməsi olub.
Aparıcı tərəflər arasındakı söz duelinə son qoymaqda çətinlik çəkib.