Anasının evində narkotik gizlədən şəxs tutuldu

Ötən gün İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri keçirilib, nəticədə 2 kiloqrama yaxın narkotik vasitə götürülüb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis leytenantı Mahir Məsimov APA TV-nin yerli bürosuna bildirib ki, daxil olan əməliyyat məlumatı əsasında İsmayıllı şəhər sakini Elməddin Ələsgərov saxlanılıb.

 

Polis əməkdaşları tərəfindən E.Ələsgərovun Talıstan kəndində yaşayan anasının evində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı onun tövlədə və həyətdə olan yarımçıq tikilidə gizlətdiyi narkotik vasitə aşkar olunaraq götürülüb. Ekspertizaya təqdim olunan həmin narkotik vasitənin 1 kiloqram 960,3 qram olan qurudulmuş marixuana olması barədə rəy verilib.

 

Faktla əlaqədar İsmayıllı rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Elvin Yaqubov