Kiyevdə deputatı belə partlatdılar - HADİSƏ ANI

Ötən gecə Kiyevdə baş verən güclü partlayışın kadrları yayılıb.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, müşahidə kameralarına düşən görüntülərdə hadisənin deputat İqor Mosiyçuk və politoloq Vitali Balanın "Espresso" telekanalının binasını tərk etdiyi anda baş verdiyi əks olunub.

 

Kadrlarda bina qarşısındakı motosikletdə quraşdırılan partlayıcının işə düşdüyü aydın görünür. Hadisə nəticəsində deputatın mühafizəçisi və daha bir nəfər həlak olub, İqor Mosiyçuk və Vitali Bala isə ağır yaralanıb.

 

Baş verən hadisə ilə bağlı cinayət işi qaldırılıb.

 

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov