Xameneidən İraq hökumətinə məsləhət: "ABŞ-a güvənməyin!"

Türkiyədən sonra İrana səfər edən İraqın baş naziri Heydər əl-İbadi ali dini lider Ayətullah Əli Xamenei ilə görüşüb.

 

APA TV-nin məlumatına görə, görüşdə son günlər İraqda baş verən hadisələr və İŞİD terror təşkilatına qarşı mübarizə müzakirə olunub. Xamenei çıxışında İŞİD terror təşkilatına görə ABŞ-ı ittiham edib: "İŞİD-i ABŞ-ın özü yaratdı. Terrorçular İraq xalqı və dövlətinə yenildiyinə görə özlərini bu önəmli hadisə ilə birlikdə göstərirlər. ABŞ-ın hiyləgərliyinə qarşı diqqətli olmalı və əsla onlara güvənməməlisiniz".

 

Dini lider İraqın ərazi bütövlüyünü qorumaq üçün apardığı mübarizəni və qonşu ölkələrlə münasibətlərini düzəlməyə yönələn siyasətini dəstəklədiyini deyib.

 

Görüşdə İbadi Şimali İraq Kürd Muxtariyyətinin referendum keçirməsinə toxunaraq, ölkənin bölünməsinə əsla icazə verməyəcəklərini vurğulayıb.

 

Qeyd edək ki, İraq hökumətinin rəhbəri İranda rəsmi mərasimlə qarşılanıb.

Müəllif | Apa.Tv
Elvin Bayramlı