Kəsilən işığını birləşdirmək istədi, cərəyan vurdu - ASTARADA FACİƏ

Astara sakini faciəli şəkildə dünyasını dəyişib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Astaranın Şahağacı kəndində qeydə alınıb.

 

Kənd sakini, 43 yaşlı Seyran Allahverdi oğlu Əlinin 20 manat borcu olduğuna görə evinə elektrikin verilişi kəsilib.

 

Axşam uşaqlarının qaranlıqda qalmaması üçün ailə başçısı dirəyə çıxıb. Naqillərlə ehtiyatsız davranan Seyranı cərəyan vuraraq öldürüb. Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şəhər şöbəsinə yerləşdirilib.

 

Qeyd edək ki, mərhumun bir oğlu, iki qızı var. Faktla bağlı araşdırmalara başlanılıb.

 

 

Müəllif | Apa.Tv