Rusiyada 3 AZƏRBAYCANLI GÜLLƏLƏNDİ

Rusiyanın Murmansk şəhərində iki nəfərin ölümü, bir nəfərin yaralanması ilə nəticələnən atışma baş verib. Bu barədə APA TV-nin məlumatına görə, atışma yerli vaxtla saat altıda şəhərin böyük anbarlarının yerləşdiyi Xibinski döngəsində törədilib. İlkin mülahizələrə görə, qatillərin əsas məqsədi "Karina" ticarət mərkəzinin sahibi - azərbaycanlı Həbib Kərimovu öldürmək olub. Silahlı insidentdə biznesmenin qohumu Fateh Əzizov və onun cangüdəni Nəriman Axundov güllələnərək öldürülüblər. Hadisə yerində istintaqçılar araşdırma aparırılar. Daxili İşlər Nazirliyinin regional şöbəsinin mətbuat xidməti qətl faktını təsdiqləyib və şəhərdə silahlı şəxslərin yaxalanması üçün "Vulkan-4" planı üzrə əməliyyat keçirilir. Bu əməliyyata yerli hüquq mühafizə orqanlarınıın bütün şəxsi heyəti cəlb olunub. Rusiya istintaq komitəsinin regional idarəsi iki və daha çox adamın öldürülməsi ilə bağlı cinayət işi qaldırıb. Polisin növbətçi hissəsinə təxminən saat altı radələrində Xibinski ərazisində yaralı bir şəxsin tapıldığı barədə məlumat daxil olub. Hadisə yerinə gələn polis əməkdaşları burda iki nəfərin də meyitini aşkarlayıblar. Yaralanmış digər bir nəfər isə xəstaxanaya çatdırılıb. Rusiyanın "İTAR-TASS" agentliyi isə silahlı şəxslərin Həbib Kərimovun ofisinə basqın edib atəş açdıqlarını və nəticədə sahibkarın özü ilə qohumunun öldürüldüyünü, mühafizəçinin isə yaralandığını bildirir.

Müəllif | Apa.Tv
Apa.tv