Xaldan-Mingəçevir yolunda maşın aşdı, ər-arvad yaralandı
Xaldan-Mingəçevir yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, günorta saatlarında Yevlaxın Əkşəm kəndi ərazisində “Nissan X Trail” markalı, 90 ON 305 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb.
Deformasiyaya uğrayan avtomobilin sürücüsü, 1942-ci il təvəllüdlü Ziyəddin Mirəli oğlu Baxışov və onun həyat yoldaşı, 1947-ci il təvəllüdlü Səfurə Kərəm qızı Həsənova xəsarət alıblar.
Əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri xəsarət alan şəxsləri avtomobildən çıxarıblar. Onlar Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.