Qaçan məhbuslardan biri tutuldu
Azərbaycanda qaçan məhbuslardan biri tutulub.
Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən APA TV-yə verilən məlumata görə, oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan qaçmış, 1989-cu ildə Şirvan şəhərində anadan olmuş azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, Cinayət Məcəlləsinin 120.2.2 və 228.1-ci maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami bu gün Şirvan şəhərində tutulub.
O, istintaq təcridxanasına yerləşdirilib, araşdırma aparılır.
Digər təqsirləndirilən şəxs Etibar Ələkbər oğlu Məmmədovun axtarışı istiqamətində tədbirlər davam etdirilir.