Bakıda oyuncaq tapança ilə lombarda basqın edən şəxs danışdı

Bakıda oyuncaq tapança ilə lombarda basqın edən şəxs cinayətini etiraf edib.

 

APA TV-nin xəbərinə görə, oktyabrın 24-də Nəsimi rayonu ərazisindəki lombardlardan birinə gələrək orada işləyən Abşeron rayon sakini Anar Əliyevi tapançaya bənzər əşya ilə hədələyib pul və qızıl əşyalar verməsini tələb edən Bakı şəhər sakini Kamran Allahverdiyev Nəsimi RPİ 19-cu PB-nin əməkdaşları tərəfindən tutulub.

      

Kamran Allahverdiyev cinayətini etiraf edib: "Hər dəfə gəlib getdiyim dükan idi. Girdim içəri, dedim mənə 5000 manat pul lazımdır. Sonra anladım ki, etdiyim hərəkət düz deyil. Oyuncaq tapançanı qoydum yerə, polisə təslim oldum".

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır. 

Müəllif | Apa.Tv