Madridin irəli atdığı 155-ci maddə Kataloniya rəhbərliyini çıxılmaz vəziyyətdə qoyub

Kataloniya parlamentinin deputatları Madridin ölkə Konstitusiyasının regionun muxtariyyətinin ləğvinə imkan yaradan 155-ci maddəsinin tətbiqi ilə bağlı qərarına mümkün cavab tədbirlərini müzakirə edir.

APA TV-nin “RIA Novosti”yə istinadən verdiyi xəbərə görə, iclasdan bir saat əvvəl Kataloniya hökumətinin rəhbəri Karles Puçdemon növbədənkənar seçkilərin keçirilməsini elan etməyəcəyini bəyan edib. Onun sözlərinə görə, növbədənkənar seçkilərin keçirilməsi üçün Madrid hələ ki kifayət qədər zəmanət verməyib.

Kataloniya sosialistlərinin lideri Mikel İseta və “Vətəndaşlarmərkəzçilər fraksiyasının lideri İnes Arrimadas parlamentdə çıxışları zamanı regional hökuməti birtərəfli qaydada müstəqillik elan etməməyə və növbədənkənar seçkilər keçirməyə çağırıb.

Birgə dəstəkfraksiyasının lideri Luis Korominas və “Milli birlik namizədliyisolçular fraksiyasının nümayəndəsi Ana Qabriel Madridin Konstitusiyanın 155-ci maddəsinin tətbiqinə dair qərarını “təhqiradlandıraraq,  hökuməti Kataloniyanın müstəqilliyini elan etməyə çağırıb.

Qeyd edək ki, İspaniyanın Nazirlər Şurası oktyabrın 21-də keçirdiyi təcili iclasda Konstitusiyanın Kataloniyanın muxtariyyətinin ləğvinə imkan verən 155-ci maddəsinin tətbiq edilməsi barədə qərar qəbul edib.

Nazirlər Kabinetinin qərarı Kataloniya hökumətinin idarəçilikdən kənarlaşdırılmasını, bölgədə növbədənkənar parlament seçkilərinin keçirilməsini nəzərdə tutur. O vaxtadək Kataloniya hökumətinin funksiyalarını mərkəzi hakimiyyət nümayəndəli icra edəcək.

Müəllif | Apa.Tv
Apa.tv