Bakıda SƏRNİŞİN AVTOBUSU MAĞAZAYA GİRDİ

Bakıda sərnişin avtobusu növbəti dəfə qəza törədib. Hadisə Şüvəlan qəsəbəsində Yesenin küçəsində qeydə alınıb. 1987-ci il təvəllüdlü Elşən Teymur oğlu Əmirovun idarə etdiyi 90 VS 138 dövlət nömrə nişanlı “Daewoo” markalı sərnişin avtobusu idarəetməni itirərək yol kənarında olan mağazaya çırpılıb. Hadisə şahidlərinin, eləcə də Xəzər Rayon Polis İdarəsinin yol patrul xidmətinin əməkdaşlarının APA TV-yə verdiyi  məlumata görə, avtobus əvvəl başqa avtomobilə cırpılıb.

 

İlkin ehtimala görə, qəzanın baş verməsinə səbəb avtobusun texniki cəhətdən nasaz olması göstərilir. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv