Donetskdə mənzilin partlaması zamanı 5 nəfər yaralanıb, sakinlər təxliyyə edilib
Ukraynanın Donetsk vilayətində yaşayış binasında partlayış baş verib. APA TV-nin “RIA Novosti”yə istinadən verdiyi xəbərə görə, beşmərtəbli binada mənzillərin birində qeydə alınmış hadisəyə qaz sızması səbəb olub.
Bədbəxt hadisə nəticəsində ikisi uşaq olmaqla beş nəfərin xəsarət aldığı deyilir. 50 nəfərdən çox sakin binadan təxliyyə edilib.
Partlayış nəticəsində bir neçə mənzilə ziyan dəyib. Ərazidə yerli fövqəladə hallar xidmətinin 50-dən çox xilasedicisi və 13 texnikası çalışır.