ABŞ Cənubi Koreyaya 900 milyon dollarlıq pilotsuz uçuş aparatları verəcək

ABŞ Cənubi Koreyanı 4 ədəd "RQ-4 Global Hawk" pilotsuz uçuş aparatı ilə təchiz edəcək.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, sözügedən aparatların operativ kəşfiyyat məlumatlarının toplanmasında istifadəsi gözlənilir.

 

Təchizatçı şirkətdən verilən məlumata görə, ölkələr arasında 2014-cü ildə imzalanan razılaşmada birinin dəyəri 223 milyon dollar qiymətləndirilən pilotsuz aparatların Cənubi Koreyaya göndərilməsinə cari ilin dekabr ayından başlanması nəzərdə tutulub.

 

 

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov