Nəqliyyat Nazirliyi: Tarif Şurasına qiymət artımı barədə müraciət edilməyib

"Marşrut avtobuslarda və taksilərdə süni qiymət artımı halları müşahidə olunur".

 

Nəqliyyat Nazirliyi Katibliyinin rəisi Namiq Həsənov APA TV-yə deyib ki, yanacağın qiymətinin qalxmasından sonra bir sıra işbazlar "London taksiləri"ndə qiymətləri süni şəkildə artırmağa cəhd ediblər. Lakin aparılan araşdırılmalar nəticəsində problem həlini tapıb: ""London taksiləri"ndə süni qiymət artımı xəbəri gəldi. Amma sahibkarlar cıxış yolu axtarırlar ki, sərnişinlərə ziyan dəyməsin. Kimsə belə bir özbaşınalıqla qarşılaşsa, yaradılan qərargahlara müraciət etsin.  Hələ ki, qiymət artımı ilə bağlı bizim Tarif Şurasına müraciətimiz olmayıb".

 

Bir sıra marşrutlarda cədvəl dəyişikliyindən yaranan qiymət artımına da aydınlıq gətirən Namiq Həsənov deyir ki, bir neçə marşrut xəttinin məsafəsi uzadıldığından qiymət artımı yaranıb. Bu isə Tarif Şurasının qərarından əvvəl yaranan artımdır. 

Müəllif | Apa.Tv