Külək güclənəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
Oktyabrın 28-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq.
ETSN-dən APA TV-yə verilən məlumata görə, şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 11-14, gündüz 18-23 dərəcə isti, Bakıda gecə 12-14, gündüz 21-23 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 8-13, gündüz 18-23 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.
Oktyabrın 28-i gündüzdən ayın sonunadək bəzi rayonlarda qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi, 28-i axşamdan 29-u səhərədək ayrı-ayrı yerlərdə arabir yağış yağacağı gözlənilir.