Ermənistanda tələbələr də hərbi xidmətə aparılacaq

Ermənistanda ali məktəb tələbələrinə hərbi xidmətdən möhlət hüququ verilməyəcək.

 

APA TV-nin Ermənistan mətbuatına istinadən məlumatına görə, sənədin lehinə 89, əleyhinə isə 9 deputat səs verib. Sənədi dəstəkləyənlər arasında müxalifətdən olan "Tsarukyan" bloku da var.

 

Sənədin müddəaları yalnız hərbi və hərbi-tibbi təhsil alan müdavimlərə şamil edilməyəcək.

 

Qeyd edək ki, sözügedən qanun layihəsi parlamentə cari ilin mayında təqdim olunub.

Müəllif | Apa.Tv
Apa.tv