Rusiya dörd ballistik raketi sınaqdan keçirdi
Rusiya dörd ballistik raketin sınağını həyata keçirib.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, prezidentin sözçüsü Dmitri Peskov Vladimir Putinin də sınaq prosesində iştirak etdiyini açıqlayıb.
Raketlər "Plesetsk" kosmodromu, eləcə də Sakit okean və Şimal donanmalarına aid sualtı qayıqlardan buraxılıb.
Qeyd edək ki, sınaqlar Xüsusi Təyinatlı Raket Qoşunları tərəfindən təşkil olunub.