Şoyqu: "Rusiyanın qərb sərhədlərində vəziyyət daha da gərginləşə bilər"

"Rusiyanın qərb sərhədlərində hərbi-siyasi vəziyyət gərgin olaraq qalır".

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu nazirliyin kollegiya iclasında bildirib. 

 

Nazir vəziyyətin daha da gərginləşə biləcəyini söyləyib: "Sərhədlərimizə yaxın blok ölkələrinin silahlı qüvvələrinin əməliyyat-döyüş hazırlığı tədbirlərinin intensivliyi və miqyası artır. Təkcə son üç ayda Baltikyanı və Şərqi Avropada 30-dan çox təlim keçirilib. Bu təlimlər açıq anti-Rusiya xarakteri daşıyır". S.Şoyqu belə deyib.
 

S.Şoyqu Baltikyanı ölkələr və Polşada NATO-nun şəxsi heyəti 5 min nəfərə yaxın dörd çoxmillətli batalyonunun yerləşdiyini, habelə Polşa və Almaniyada tank briqadası və ABŞ qoşunlarının hərbi aviasiyası briqadasının dislokasiya olunduğunu xatırladıb.

 

S.Şoyqu Rusiya Müdafiə Nazirliyinin Qərb hərbi dairəsinin bölmələrinin döyüş potensialını yüksəldərək, yaranan təhlükələri neytrallaşdırdığını da söyləyib.

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov