Rəsmi Madrid Kataloniya muxtariyyətini ləğv etdi, senat buraxıldı

İspaniya hökuməti Kataloniya parlamentinin buraxılmasına dair qərar qəbul edib. Bunu İspaniyanın baş naziri Mariano Rahoy bəyan edib. Onun sözlərinə yeni seçkilərin dekabrın 21-də keçirilməsi nəzərdə tutulub.  Kataloniya rəhbəri Karles Puçdemon və onun rəhbərlik etdiyi hökumət üzvləri vəzifələrindən kənarlaşdırılıblar.

 

Bununla yanaşı, İspaniya Senatı Kataloniyada birbaşa idarəçiliyin tətbiqi barədə qərar qəbul edib. Senat hökumətin müraciəti əsasında İspaniya Konstitusiyasının 155-ci maddəsinin tətbiq olunmasına qərar verib. Bu, Kataloniyanın muxtariyyətinin müvəqqəti ləğvi və bölgənin mərkəzi hökumətin birbaşa idarəçiliyinə keçməsi deməkdir.

 

Qeyd edək ki, oktyabrın 1-də İspaniyanın Kataloniya bölgəsində müstəqillik referendumu keçirilib. Referendumda iştirak edənlərin 90 faizi müstəqilliyin lehinə səs verib. Oktyabrın 27-də isə Kataloniya parlamentində regionun müstəqilliyi barədə Bəyannamə qəbul edilib.

 

Müəllif | Apa.Tv