Britaniya sualtı atom gəmisində seks-skandal - KOKAİN, QADINLAR, ORGİYALAR
Britaniyalı dənizçilərin hərəkəti krallığı şoka salıb. APA TV-nin "Daily Mail"a istinadən məlumatına görə, sualtı atom gəmisinin heyətinin 9 üzvü güclü təsirə malik narkotik istifadəçisi olduğu üçün ordu sıralarından qovulub.
Onların qan testi zamanı kokaindən istifadə etdikləri məlum olub. Bundan başqa onlar sualtı gəmiyə spirtli içkilər və yüngül həyat tərzi sürən qadınlar da gətirib. Hərbçilər gəmidə orgiyalar təşkil edib.
Bundan başqa gəminin personalına daxil olan bir qadınla kişi də intim münasibətlərə görə işdən çıxarılıblar.
Bir matros isə gəmini icazəsiz tərk edib tanış qızın yanına getdiyi üçün cəzalandırılıb.
Baş verənlər Britaniya Hərbi Dəniz Qüvvələrində ən biabırçı fakt kimi tarixə düşüb.