Şimali Koreya ABŞ əhalisinin 90 faizini məhv edə bilər - BİR ZƏRBƏ İLƏ

"Şimali Koreyanın ABŞ-ın bütün əhalisini məhv edə bilməsi üçün qitələrarası ballistik raketlərə heç ehtiyac belə yoxdur".

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu iddia Konqres üçün hazırlanan hesabatda yer alıb.

 

Sənəddə deyilir ki, əgər rəsmi Pxenyan ABŞ-a qarşı atom silahından istifadə edərsə, bu hal qitənin elektrik enerjisindən məhrum olması, habelə elektronika məhsullarının sıradan çıxmasına səbəb olan elektromaqnit impulsu yaradacaq.

 

"Pxenyanın atom variantına əl atması aviaqəzalar və ABŞ-dakı strateji obyektlərin işini iflic edəcək. Üstəlik, yaranacaq enerji böhranının aradan qaldırılması üçün ölkə rəsmilərinə ən azı 1 il vaxt lazım olacaq. Bundan əlavə, atom bombası ABŞ-da 90 faiz əhalinin ölümü ilə nəticələnəcək" - deyə, sənəddə qeyd olunur.

 

Bu arada müdafiə naziri Ceyms Mettis Şimali Koreya rəhbərliyinə xəbərdarlıq edib ki, onun sürətlə inkişaf edən nüvə proqramı ölkənin təhlükəsizliyini möhkəmləndirməyəcək, əksinə, zəiflədəcək.

 

Pentaqon rəhbəri Şimali Koreyanın nüvə ölkəsi olması ilə heç vaxt barışmayacaqlarını bildirib: "İllüziyalara qapılmayın. ABŞ-a və ya bizim müttəfiqlərimizə istənilən hücum dəf ediləcək. Nüvə silahının tətbiqi cəhdi effektiv və dağıdıcı cavab zərbələri ilə müşayiət olunacaq".

 

Qeyd edək ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Mayk Pompeo Şimali Koreyanın nüvə proqramının artıq tezliklə ABŞ-a zərbə endirməyə imkan verəcək səviyyədə olduğunu açıqlayıb. 

 

Müəllif | Apa.Tv
Apa.tv