Temperatur yenidən yüksəlir - BAZAR GÜNÜ, YAZ HAVASI

Oktyabrın 29-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 13-15, gündüz 20-24, Bakıda gecə 13-15, gündüz 21-23 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-14, gündüz 20-25, dağlarda gecə 5-10, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.

Müəllif | Apa.Tv
Apa.tv