İranda XXIII Beynəlxalq Mətbuat və İnformasiya Agentlikləri Sərgi-Festivalının rəsmi açılışı keçirilib
APA-nın Tehran bürosunun məlumatına görə, açılış mərasimində İran prezidentinin birinci müavini İshaq Cahangiri, İslami irşad və mədəniyyət naziri Abbas Salehi və digər məsul şəxslər iştirak ediblər.
Tədbirdə Azərbaycandan “APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı xüsusi qonaq qismində iştirak edir. Onun çıxışı nəzərdə tutulub.
Beynəlxalq Mətbuat və İnformasiya Agentlikləri Sərgi-Festivalı 1000 kvadratmetr ərazidə təşkil olunub. Tədbirə ümumilikdə 600-dən çox KİV nümayəndəsi qatılıb.
Sərgi-festival noyabrın 3-dək davam edəcək.