ABŞ-ın vitse-prezidenti: "Biz xristianlığı müdafiə edəcəyik"
"Biz Yaxşın Şərqdə xristianlığı müdafiə edəcəyik".
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu ABŞ-ın vitse-prezidenti Maykl Pens deyib.
O bildirib ki, BMT öz missiyasını yaxşı icra etmədiyinə görə Vaşinqtonun Yaxın Şərqdəki xristianları qorumaq siyasətində dəyişikliklər yaşanıb, bu səbəbdən də ABŞ-ın Yaxın Şərq regionundakı xristianlara ayırdığı vəsait onlara çatmır.
"Yaxın şərqdəki xristianlar beynəlxalq təşkilatlara etibar etməməlidir. Biz özümüz onlara yardım edəcəyik. Bir qədər əvvəl prezident D. Tramp BMT-nın qeyri-effektiv yardımlarının dayandırılmasına göstəriş verib" - deyə, vitse-prezident fikirlərini tamamlayıb.