Kataloniyaya yeni rəhbər təyin edildi: Puçdemon həbs oluna bilər
İspaniya hökuməti Kataloniya hökumətinin və parlamentinin buraxılmasından sonra bölgəyə yeni rəhbər təyin edib.
APA TV-nin BBC-yə istinadən verdiyi məlumata görə, İspaniya baş nazirinin müavini, xanım Sorayya Saens de Santamariya Anton Kataloniya muxtariyyətinin yeni rəhbəri olacaq.
Bundan əlavə Kataloniya hüquq-mühafizə orqanları da İspaniya Daxili İşlər Nazirliyinin tabeliyinə verilib. Bu qərar polisin referendumdan əvvəl baş verən qarışıqlıq zamanı İspaniya polisinə köməkdən şüurlu surətdə imtina etməsidir.
Yeri gəlmişkən, Kataloniyanın sabiq rəhbəri Karles Puçdemon istefadan imtina edərsə, həbs oluna bilər. Belə ki, bölgəyə yeni rəhbər təyin olunduqdan sonra K. Puçdemon vəzifə funksiyalarını dərhal təhvil verməldiir.
Qeyd edək ki, oktyabrın 27-də Kataloniya parlamenti regionun müstəqilliyini elan edib. Bu qərardan sonra İspaniya Senatı ölkə Konstitusiyasının 155-ci maddəsi əsasında Kataloniyada birbaşa idarəçiliyin tətbiqi barədə qərar qəbul edib. Nəticədə Kataloniya parlamenti və hökuməti buraxılıb, bununla da istefaya göndərilən yerli məmurların sayı ümumilikdə 141 nəfərə çatıb.