Öz atını kəsib, ətini satmaq istədi, ələ keçdi

Naftalan şəhərində at əti satmaq istəyən şəxs saxlanılıb. APA TV-nin Qərb bürosunun məlumatına görə, şəhər sakini İman Əsgərovun evindən satış məqsədilə tədarük olunan 67 kiloqram at əti aşakrlanıb. İ. Əsgərov özünün saxladığı atı kəsərək ətini satmaq istədiyini deyib.

 

Ətdən götürülən nümunələr Respublika Baytarlıq Laboratoriyasına göndərilib.


Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv