Ankarada mədən işçilərini daşıyan avtobus aşıb, yaralılar var
Türkiyənin paytaxtı Ankara yaxınlığında mədən işçilərini daşıyan avtobus aşıb.
APA TV-nin “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Bəybazarı ərazisində qeydə alınıb. Avtobus idarəetmədən çıxaraq yolun kənarındakı tarlaya aşıb.
Qəza nəticəsində 28 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Yol qəzası zamanı nəqliyyat vasitəsində 35 nəfər olub. Hadisənin səbəbləri barədə məlumat verilmir.