Tovuzda avtoqəza zamanı avtomobillərdən biri aşdı

Tovuz rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə zamanı "VAZ 2102" markalı avtomobil "VAZ 2121" (Niva) markalı avtomaşınla toqquşub. Toqquşmadan sonra “VAZ 2102” markalı avtomobil yolun kənarına aşıb.

Qəza nəticəsində bir nəfər yüngül xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Məlumata görə, avtoqəzaya sürücülərin bir-birinə yol verməməsi səbəb olub.

Hazırda yol qəzasının dəqiq səbəbləri araşdırılır.

Müəllif | Apa.Tv
Apa.tv