"Şamaxinka" dairəsində qadını avtomobillə vuran iranlı sürücü qaçmaq istədi

Bakının Yasamal rayonu ərazisində piyadanı avtomaşın vurub. APA TV xəbər verir ki, hadisə Şamaxinka adlanan ərazidə, Moskva prospektində qeydə alınıb.

1970-ci il təvəllüdlü Allahverdiyeva Vəfa Zirəddin qızı Şamaxinka dairəsi yaxınlığında yolu keçmək istəyərkən avtomobilin zərbəsinə tuş gəlib. Nəticədə 47 yaşlı qadın xəsarət alaraq 1 saylı Xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta ağır hesab edir.

Məlumata görə, qadını vuran avtomobili iranlı sürücü idarə edirmiş və o həmin vaxt sementlə yüklü olan nəqliyyat vasitəsini vaxtında dayandıra bilməyib. Sürücü ərazidən yayınmaq istəsə də, polis əməkdaşları tərəfindən saxlanılıb.

Yol qəzasının təfərrüatlarını Yasamal polisi araşdırır.

Müəllif | Apa.Tv
Apa.tv