Sabirabadda külək məktəbin dam örtüyünü 50 metr kənara atıb

Güclü külək Sabirabadda da fəsadsız ötüşməyib. APA TV-nin xəbərinə görə, qasırğa nəticəsində rayonun elektrik xətlərinə ciddi ziyan dəyib. Külək rayonun bir çox kəndini elektriksiz qoyub. Moranlı, Sarxanbəyli, Yaxa Dəllək, Surxayoba, Qaratoğay eləcə də, Güdəcühür kəndləri işıqsız qalıb. Bundan əlavə, güclü külək Surxayoba kənd tam orta məktəbinin dam örtüyünü qopararaq, 50 metr kənara atıb. Rayonun Yaxa Dəllək kəndində yaşayan Qəribağa Mütəllimovun yaşadığı evin dam örtüyünü də qoparıb. Ev sahibi deyib ki, ailə üzvləri gecə saatlarında evi tərk etmək məcburiyyətində qalıblar.

 

Rayonda külək nəticəsində dəyən ziyan müəyyənləşdirilir.

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı