ABŞ ordusu genişmiqyaslı hərbi təlimlərə başladı
ABŞ ordusu "Global Thunder-2018" genişmiqyaslı hərbi təlimlərinə başlayıb.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, təlimlərdə strateji qarşıdurma, kosmik və kiberməkanda əməliyyatlar, elektron savaş metodları, raket hücumundan müdafiə, habelə kəşfiyyat fəaliyyətləri sınaqdan keçiriləcək.
“Offut” hərbi bazasındakı qərargahın, habelə dünyanın müxtəlif yerlərində dislokasiya olunan Hərbi Hava Qüvvələrinin cəlb olunduğu təlimlər hər il keçirilir və 10 gün davam edir.
Qeyd edək ki, hazırkı təlimləri daha aktual edən cəhət Şimali Koreya ilə gərginliyin yüksəldiyi dövrə təsadüf etməsidir.