Xızıda qardaş qardaşı qətlə yetirdi - TƏFƏRRÜAT
Xızı rayonunda qətl törədilib. APA TV-nin məlumatına görə, rayonun Yarımça kəndində 1972-ci il təvəllüdlü Şirxan Həsən oğlu Məhərrəmov qardaşı, 1966-cı il təvəllüdlü Səməd Məhərrəmovu güllələyib. Ağır xəsarət alan 51 yaşlı kişi vəfat edib.
İstintaq zamanı məlum olub ki, iki qardaş arasında uzun müddət imiş torpaq sahəsi üstündə münaqişə varmış. Dünən onlar növbəti dəfə mübahisə ediblər və bu zaman Şirxan Məhərrəmov 16 kalibrli təklüləli tüfənglə özündən 6 yaş böyük qardaşına atəş açıb. S.Məhərrəmov hadisə yerində ölüb.
Hadisəni törədən şəxs tutulub.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.