Dörd ay əvvəl ailə qurmuş ƏR-ARVAD DƏM QAZINDAN BOĞULDU

Bakıda daha iki nəfər dəm qazından ölüb. Gəncə şəhərindən qonaq gələn, 1989-cu il təvəllüdlü Verdiyev Tural Firuz oğlu və onun həyat yoldaşı, 1989-cu il təvəllüdlü Məhərrəmova Şahnaz Sadiq qızı dəm qazından zəhərlənib. Bir neçə aydır, ailə quran gənclər xəstəxanaya çatdırılsa da, həyatlarını xilas etmək mümkün olmayıb. 

 

Havalar soyudu və hər gün dəm qazından boğulma halları ilə bağlı xəbərlər çoxalır. Təkcə dekabrın 4-də 5-nəfər dəm qazından zəhərlənərək, ölüb. Əksər halda isə boğulma dəm qazından olur. Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinin müdiri Azər Maqsudovun sözlərinə görə, dəm qazından zəhərlənmə diqnozu ilə xəstəxanaya müraciət edənlərin sayı kəskin artıb: "Keçən il 300 nəfərə yaxın müracət edən var idi, bu il artıq 200-ü keçib. Zəhərlənmələr əsasən, qaz sobaları ilə bağlıdır".

 

Keyfiyyətisiz sobalarla bağlı Standartlaşma Metrologiya və Patent üzrə DÖvlət Komitəsi yaxın günlərdə yenidən  yoxlamalara başlayacaq. Komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı APA TV-yə deyib ki, əvvəllər istehlakçılar sobaları təhlükəsizlik klapanları ilə birlikdə gətirdirdilər. Son zamanlarda isə küstar üsulla hazırlanan sobalara rast gəlinir.

 

Qanunsuzluq aşkarlandıqda fiziki şəxslər 1500-2 min manat, hüquqi şəxslər isə 4 min 5 min manat cərimələcək. Araşdırmalar nəticəsində müəyyən olunub ki, hadisələrin əksəriyyəti vətəndaşların təhlükəsizlik qaydalarına riayət etməməsi səbəbindən baş verir. Belə ki, mənzildə soba və suqızdırıcılarını quraşdırarkən yerli qaz idarəsinin mütəxəssisləri ilə məsləhətləşmir və yaxud bu sahədə naşı olan insanların xidmətindən istifadə edirlər. Cihazdan düzgün istifadə edilsə, acı nəticələri olmaz.

 

Satıcılar deyir ki, müştərilərə sobanı quraşdırmaq haqqında təlimatlar verilsə də, bəzən onlar məsuliyyətsiz edirlər. Sobanın standartlara cavab verən sertfikatı olsa da,  vətəndaşların qaydalara düzgün əməl etməməsi faciəni qaçılmaz edir.

Həkim deyir ki, qapalı mühitdə zəhərlənmə mütləq baş verir. Dəm qazından zəhərlənmə zamanı yaşaran gözlər, başağrısı, başgicəllənmə müşahidə olunur. Getdikcə zəiflik, ürəkbulanması, quru öskürək, hafizənin keyləşməsi, eşitmə və görmə pozulur. Qıcolma vətənəffus mərkəzinin iflici nəticəsində ölüm baş verir: "Zəhərlənmə halı müşahidə edilibsə, həmin şəxsi dərhal ərazidən uzaqlaşdırmaq, öz nəfəsi yoxdursa, süni nəfəs vermək, vaxt itirmədən təcili-tibbi yardıma aparmq lazımdır.

 

Fövqaladə Hallar Nazirliyinin bununla bağlı əhalini xəbərdarlığında bildirilir ki, evlərdə qeyri-standart, yəni kustar üsulla hazırlanmış cihazların quraşdırılması və istifadəsi təhlükəlidir. Qızdırıcı soba ilə mənzilin ölçüsü uyğun gəlməlidir.

Müəllif | Apa.Tv