"Jiquli" "Shacman"a çırpıldı, sürücünün həyat yoldaşı öldü
Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib. APA TV-nin qərb bürosunun məlumatına görə, rayonun Xan Qərvənd kəndində “VAZ-2106” markalı avtomobili “Shacman” markalı yük maşını ilə toqquşub.
“VAZ”-ın sürücüsü, Qızılhacılı kənd sakini, 39 yaşlı Vüqar Xəlifəyev ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Sərnişin, sürücünün həyat yoldaşı, 28 yaşlı Mənzər Xəlifəyeva isə hadisə yerində ölüb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.