Britaniya parlamentində seks qalmaqalı - TEREZA MEY GÖSTƏRİŞ VERDİ
İngiltərənin beynəlxalq ticarət üzrə kiçik naziri, Mühafizəkarlar Partiyasından olan deputat Mark Qarnyenin adı seksual zorakılıq qalmaqalında hallanır.
APA TV-nin "Euronews"a istinadən məlumatına görə, buna səbəb onun öz köməkçisinə seks-oyuncaqlar almaq barədə göstəriş verməsi iddiasıdır.
Məsələyə hökumətdən dərhal reaksiya verilib. Baş nazir Tereza Mey dərhal araşdırmaya başlanması barədə göstəriş verib. Ölkənin səhiyyə naziri Ceremi Hant deyib ki, əgər bu iddia doğrudursa, nazirin peşə etikasını pozması faktı ətraflı araşdırılmalıdır.
Xatırladaq ki, məsələ parlament əməkdaşları arasındakı "Whatsapp" yazışmasının ortaya çıxması ilə alovlanıb. Bundan dərhal sonra leyboristlərin lideri Ceremi Korbin parlamentdə seksual zorakılığın çiçəklənməsindən təəssüfləndiyini bildirərək, təqsirkarların məsuliyyətə cəlb olunmasını tələb edib.