Daha bir xanım jurnalist Putinə seçkilərdə rəqib olacaq
Jurnalist Yekaterina Qordon Rusiya Federasiyası prezidentliyinə namizəd olmağa qərar verib.
APA TV-nin məlumatına görə, bu barədə o,öz saytında məlumat verib:
“Adım Yekaterina Qordondur. 37 yaşım var. Qərara gəldim ki, hüququmdan istifadə edim və Rusiya Federasiyası prezidentliyinə namizədliyimi irəli sürüm. İki uşağım var. KİV-də 10 il çalışmışam. Hüquq şirkətim var. Mən şəxsi təcrübəmə görə məhkəmə sisteminin necə işlədiyini bilirəm. 5 ildir ki, qadınların və uşaqların hüquqlarını müdafiə edirəm. Prezident seçkilərində “hüquqları pozulmuş qadınların səsi” olmaq üçün iştirak edəcəyəm”.
Qeyd edək ki, Yekaterina Qordon həm də müğənnidir.
Xatırladaq ki, daha öncə TV və radio aparıcısı, aktrisa Kseniya Sobçak da prezidentliyə namizəd olacağını bildirmişdi.
Rusiyada prezident seçkiləri 2018-ci ilin mart ayında keçiriləcək. Seçki kampaniyası isə dekabrda başlayacaq.