İran Şimali İraqla sərhədlərini açır

Bərzaninin istefasından sonra İran Şimali İraq Kürd Muxtariyyəti ilə sərhədlərini açır. APA TV-nin məlumatına görə, xəbəri "Reuters" agentliyi yayıb.

 

İranın Kürdüstan muxtariyyəti ilə bütün gömrük-keçid məntəqələrini açacağı bildirilir. Açıqlamanı İran hökuməti verib.

 

Qeyd edək ki, oktyabrIn 15-də İraq Xarici İşlər Nazirliyi Bağdad hökumətinin tələbi ilə İranın Şimali İraq Kürd Muxtariyyəti ilə sərhəd qapılarını bağladığını elan etmişdi. 25 oktyabr tarixində isə gömrük məntəqələrinin ticarət əlaqələri üçün yenidən açıldığı bildirilmişdi. Bu qərarın da Bağdadın razılığı ilə verildiyi qeyd olunmuşdu.

Müəllif | Apa.Tv
Elvin Bayramlı