Putinin nümayəndəsi: "Yaxın həftələrdə Suriyada İŞİD olmayacaq"
"Yaxın həftələrdə Suriya ərazisi İŞİD-dən tamamilə təmizlənə bilər".
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu Rusiya prezidentinin Suriya məsələsi üzrə nümayəndəsi Aleksandr Lavrentyev bildirib.
O deyib ki, bundan sonra kürdlərin ölkədə vəziyyətin tənzimlənməsinə cəlb olunması məsələsi gündəmə gələcək. Rəsmi nümayəndə həmçinin kürd mənşəli əhalinin İŞİD başda olmaqla, ölkədəki terrorçularla mübarizəyə mühüm töhfə verdiyini xatırladaraq, siyasi həll prosesində kürd diasporunun maraqlarını nəzərə almağın vacibliyini önə çəkib.
A.Lavrentyev onu da deyib ki, hazırda Məyadin və Əbu-Kamal rayonlarında aktiv döyüşlər gedir.