Goranboyda sakinləri aldadan DƏLƏDUZ YAXALANDI

Goranboyda dələduzluqla məşğul olan şəxs saxlanılıb. Saxlanılan şəxs ayrı-ayrı vaxtlarda rayon sakinlərinin etibarından sui-istifadə edərək, onlara məxsus külli miqdarda pulunu mənimsəyib. APA TV-nin xəbərinə görə, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları keçirdikləri əməliyyat tədbirləri zamanı rayonun Qızılhacılı kənd sakini 28 yaşlı Neman Eminovu şübhəli şəxs qismində həbs ediblər. Araşdırmalar zamanı məlum olub ki, Neman Eminov rayonun Şəfibəyli kənd sakini Ulduzə Rəhimovadan 300 manat pul alaraq, onun orta ixtisas təhsilini ixtisas artıma təhsilinə dəyişəcəyinə söz verib. Daha sonra Qızılhacılı kənd sakini, Elməddin Eminovu Ali Hərbi Akademiyaya düzəldəcəyinə söz verərək ondan ilkin olaraq 1100 manat alıb. Bundan başqa, Quşçular kənd sakini Anar Həmidovu təhsil aldığı özəl universitetdən, dövlət universitetinə keçirməyə söz verərək vətəndaşın 3500 manat pulunu mənimsəyib.

 

Müəllif | Apa.Tv
Apa.tv