Ərdoğan Azərbaycana səfərə gəlib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 30-da Azərbaycana səfərə gəlib.

 

APA TV xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

 

Qazaxıstanın baş naziri Bakıtjan Saqintayev oktyabrın 30-da Azərbaycana səfərə gəlib. Baş nazir Bakıtjan Saqintayevi hava limanında Azərbaycan Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi Pərvin Mirzəzadə və digər rəsmi şəxslər qarşılayıblar.

 

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili də oktyabrın 30-da Azərbaycan səfərə gəlib. Baş nazir Giorgi Kvirikaşvilini hava limanında Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

Müəllif | Apa.Tv
Fərid Rəsulov