Kataloniya separatçılarının lideri qaçdı

Kataloniya muxtariyyətinin lideri Karles Puçdemon Belçikaya qaçıb.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, buna səbəb İspaniya mərkəzi hakimiyyət orqanlarının onu həbs edəcəyi ilə bağlı bəyanatlar səsləndirməsi olub.

 

Bir müddət əvvəl ölkə rəsmiləri K.Puçdemonu mərkəzi hökumətin qərarına zidd olaraq muxtariyyət əhalisini onların iradəsi ziddinə referendumda iştiraka məcbur etməkdə, habelə kütləvi aksiyaların təşkilində ittiham edib.

 

Qeyd edək ki, Belçikanın Miqrasiya Xidməti Karles Puçdemonun müraciəti əsasında ona siyasi sığınacaq verilə biləcəyini açıqlayıb.

 

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı