Külək cənub bölgəsində fəsadlar törətdi: onlarla kənd işıqsız qaldı

Güclü külək cənub bölgəsində fəsadlar törədib. Külək nəticəsində Masallı, Lənkəran və  Astara rayonlarında onlarla kəndə elektrik enerjisinin verilməsi tamamilə dayanıb. Külək elektrik dirəklərini aşırıb, rabitə xətləri qırılıb.

 

Güclü külək nəticəsində Lənkəranın Vilvan kəndi ərazisində iki iri gövdəli ağacın kökündən qoparaq  magistral yola aşması nəticəsində Lənkəran-Boradigah yolu tamamilə bağlanıb. Əraziyə dərhal ağır texnikalar və canlı qüvvə cəlb edilib. Təxminən 40 dəqiqə bağlı qalan yol görülən tədbirlərdən sonra sürücülərin istifadəsinə verilib. Digər fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.

 

Müəllif | Apa.Tv