Hava necə olacaq? - PROQNOZ

Yaxın iki gündə Bakıda və Abşeron yarmadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən, yağmursuz keçəcəyi gözlənilir. Dekabrın 6-da arabir güclənən şimal qərb küləyi, 7-də mülayim cənub qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gündüz saatlarında 6-10 dərəcə isti təşkil edəcək. Proqnozlar bürosunun qrup rəhbəri Tükəzban Hacıyeva APA TV-yə deyib ki, bölgələrimizdə dekabrın  6-da və 7-də əsasən, yağmursuz hava şəraiti gözlənilir. Gecə və səhər saatlarında duman-çiskin olacağı ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gündüz saatlarında Aran rayonlarında 7-12, dağlıq rayonlarda 0-5 dərəcə bəzi yerlərdə 7-dərəcəyədək isti təşkil edəcək.

 

Yaxın iki gün ərzində ölkə ərazisində arabir güclənən şimal qərb küləyinin cənub qərb küləyi ilə əvəz olunması meteohəssas insanlarda diskomfort hissi yaradacaq.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova