Türkiyədə bələdiyyə sədri ağlayaraq istefa verdi - 6-CI İSTEFA

Türkiyənin Balıkəsir vilayətinin bələdiyyə sədri  Əhməd Edip Uğur hakim partiyadan və vəzifəsindən istefa verib. APA TV-nin “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, o, vida çıxışında göz yaşlarını saxlaya bilməyib.

 

Qeyd edək ki, bu, Türkiyədə son günlər ərzində sayca 6-cı bələdiyyə sədri istefasıdır. Bundan əvvəl İstanbul, Ankara, Niğde, Düzcə və Bursanın da bələdiyyə sədrləri istefaya gedib.

 

Müəllif | Apa.Tv