Pentaqon rəhbəri: "Nüvə zərbəsini icazəsiz də endirərik!"

"Donald Trampın Konqresin icazəsi olmadan da Şimali Koreyaya preventiv zərbə əmri verə biləcəyini ehtimal edirəm".

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu ABŞ müdafiə naziri Ceyms Mettis deyib.

 

O bildirib ki, rəsmi Vaşinqtonun ölkəyə qarşı hər hansı təhlükə hiss edəcəyi halda bu qaçılmazdır. Pentaqon rəhbəri həmçinin sözü gedən qərarın son dərəcə diqqətlə nəzərdən keçiriləcəyini bildirib.

 

Bu arada dövlət katibi Reks Tillerson Maliyyə Nazirliyinin Şimali Koreya ilə bağlı növbəti sanksiyalar siyahısı hazırladığını bildirib. Dövlət katibi dəqiqləşdirməsə də məhdudiyyətlərin bir sıra Çin şirkətlərini əhatələyəcəyinə işarə edib.

 

Qeyd edək ki, bir qədər əvvəl ABŞ Şimali Koreya və onunla əlaqəsi olan bir sıra ölkələrin şirlətlərinə qarşı sanksiyalar tətbiq edib.

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov