ABŞ dövlət katibi: "Qoşunlarımız İraqdan çıxmayacaq"

"Suriyada əlavə de-eskalasiya zonalarının yaradılması üzərində işləyirik". APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu ABŞ dövlət katibi Reks Tillerson bildirib.

 

O qeyd edib ki, bir qədər əvvəl ölkənin cənub-qərbində analoji zona yaradılıb, hazırda isə onların sayının artırılması yönündə fəaliyyət həyata keçirilir.

 

Dövlət katibi həmçinin həyata keçirilən tədbirlərlə İranın Suriyada hərbi iştirakının məhdudlaşdırıldığını da açıqlayıb.

 

Qeyd edək ki, dövlət katibi ABŞ ordusunun Suriyadakı fəaliyyətinin yalnız İŞİD-in məhvinə yönəldiyini açıqlamışdı.


Reks Tillerson həmçinin ABŞ qoşunlarının İŞİD məğlub olanadək İraqda qalacağını da deyib. O həmçinin  qeyd edib ki, İraqın baş naziri Heydər əl-Abadi ABŞ əsgərlərinin ölkəni tərk etməsini tələb etməyib.

Müəllif | Apa.Tv
Fərid Rəsulov